AZ

Nyukasl boykot qərarına görə İsakı cərimələyəcək

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Nyukasl" matçları boykot etdiyi üçün hücumçu Aleksandr İsakı cərimələməyə başlayacaq. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, 25 yaşlı isveçli "Aston Villa" ilə oyunda meydana çıxmayacaq. İsveçli hücumçu eyni addımı gələn həftə "Liverpul"la matçda da atmağa qərar verib. Futbolçu komanda ilə məşqə çıxmadan da imtina edir.

Mənbənin sözlərinə görə, klub hələ ki, futbolçunu cərimələməyib. Lakin o, rəsmi oyunları buraxacağı təqdirdə buna başlayacaq.

Qeyd edək ki, "Liverpul" İsaka görə "sağsağanlar"a 120 milyon funt-sterlinq təklif etsə də, rədd cavabı alıb. İsveç millisinin üzvü bu səbəbdən "Nyukasl"ın oyunlarını və məşqlərini boykot etməyə etməyə qərar verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
sport24.az

1Mənbələr