AZ

Nottingem Forest 22 yaşlı futbolçuya görə 22 milyon funt sterlinq ödəyəcək

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Mançester Siti" 22 yaşlı hücumameyilli yarımmüdafiəçisi Ceyms Makeytinin "Nottingem Forest"ə keçidinə razılıq verib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.

Mənbənin məlumatına görə, "Nottingem Forest" ingilis yarımmüdafiəçi üçün ilkin olaraq 22 milyon funt sterlinq (25,5 milyon avro) ödəyəcək. Lakin bonuslar nəzərə alınmaqla bu məbləğ 30 milyon funt-sterlinqə (34,8 milyon avro) qədər arta bilər. Bundan əlavə, "şəhərlilər"in futbolçunu həmin məbləğə geri almaq hüququ da olacaq.

Qeyd edək ki, Makeyti "Mançester Siti" yetirməsidir. Yarımmüdafiəçi "şəhərlilər"in əsas komandasında bütün turnirlərdə 34 oyun keçirib və 7 qol vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
sport24.az

1Mənbələr