AZ

Alyaskada Ukraynaya kütləvi dəstək, Putinin gəlişinə etiraz mitinqi başladı...-FOTO+VİDEO

 
“Biz avtoritar diktatorların dövlətimizə dəvət edilməsinin tərəfdarı deyilik..."
 
Avqustun 15-də, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilməli olduğu gündə Alyaskanın Ankoric şəhərində Ukraynaya dəstək aksiyaları başlayıb. Yüzlərlə insan Ukraynaya dəstəklərini ifadə etmək və Alyaskanın ukraynalıların tərəfində olduğunu bəyan etmək üçün Ankoric küçələrinə çıxıb.
 
 Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu haqda "Amerikanın Səsi" radiosunun keçmiş müxbiri Ostap Yarış "X" şəbəkəsindəki səhifəsində məlumat paylaşıb.
 
"Bu saat baş verənlər: Tramp və Putinin görüşü ərəfəsində Ankoricdə ukraynapərəstlərin böyük aksiyası. "Ukrayna və Alyaska - Rusiya bir daha heç vaxt olmayacaq", - deyə jurnalist qeyd edib.
 
Ostap Yarış hadisə yerindən kadrları da nümayiş etdirib.
 
İnsanlar müxtəlif şüarlar yazdıqları plakatlarla dinc etiraza çıxıblar. Belə ki, aksiya iştirakçıları xüsusilə Kremlin hərbi cinayətlərindən birini - ukraynalı uşaqların oğurlanmasını xatırladıblar.
 
Ümumilikdə etirazçıların şüarlarında aşağıdakı mətnlər yer alır:
 
"Ukrayna və Alyaska - Rusiya bir daha heç vaxt";
“Alyaska Ukraynanı dəstəkləyir”;
"Putin 19 min 564 ukraynalı uşağı oğurlayıb. Tramp onları azad edə bilər". 
 
Etirazçılar həmçinin böyük sarı-mavi Ukrayna bayrağını açıblar. Onun da üzərində Alyaskanın  Ukraynanı dəstəklədiyi yazılıb.
 
“Alyaska Ukraynanı dəstəkləyir” şüarı altında keçirilən mitinqi bir gün əvvəl “Stand Up Alyaska” ictimai təşkilatının rəhbəri Erin Cekson-Hill elan edib. O, “Ukrinform” agentliyinə bildirib ki, Alyaska sakinləri “diktatorları öz ərazilərinə dəvət etməyi” dəstəkləmirlər.
 
“Biz avtoritar diktatorların dövlətimizə dəvət edilməsinin tərəfdarı deyilik, xüsusən də bunu bizim qubernatorumuz və ya konqres nümayəndə heyətimiz etmədikdə”, -deyə o, qeyd edib.
 
Cekson-Hill Putinin “müharibə cinayətkarı” olduğunu və Alyaskada ona yer olmadığını da vurğulayıb.

 

S.Laçın
Seçilən
32
50
moderator.az

10Mənbələr