AZ

Qəzzalı jurnalistlər həmkarlarının qətlinə rəğmən İsrail ordusunun vəhşiliklərini işıqlandırmağa davam edəcəklərinə söz verdilər...-FOTO

Qəzzalı jurnalistlər israil ordusu tərəfindən "Əl-Cəzirə" əməkdaşlarının öldürülməsinə baxmayaraq işlərini davam etdirəcəklərinə söz veriblər
 
Moderator.az bu haqda "Əl-Cəzirə" kanalına istinadla xəbər verir.
 
“Nə qədər jurnalisti öldürmələrindən asılı olmayaraq, gerçəkləri işıqlandıraraq dünyaya çatdırmaqda davam etdirməliyik”, deyə
Qəzzada öldürülmüş "Əl-Cəzirə" jurnalistləri ilə çiyin-çiyinə işləmiş fələstinli müxbirlər İsrailin soyqırımı reallığını ifşa edən işlərini davam etdirmək əzmində olduqlarını bildiriblər.
 
Xatırladaq ki, avqustun 11-də İsrail qüvvələri Qəzza şəhərində "Əl-Şifa" xəstəxanasının qarşısındakı media çadırına endirdikləri zərbə nəticəsində "Əl-Cəzirə" telekanalının müxbiri Ənəs əl-Şərif də daxil olmaqla beş əməkdaşını öldürüb .
 
Jurnalistləri Müdafiə Komitəsi ("CPJ") məlumatına görə, 2023-cü ilin oktyabrında İsrailin Qəzzaya hərbi hücumunun başlamasından bu yana 186 jurnalistin öldürüldüyü təsdiqlənib...
 
S.Laçın
 
İsrail ordusu sui-qəsdin məsuliyyətini öz üzərinə götürərək, yalandan guya jurnalist Əl-Şərifin "HƏMAS"-ın silahlı qanadının bölməsinə rəhbərlik etdiyini iddia edib.
 
Seçilən
12
moderator.az

1Mənbələr