AZ

“Beşiktaş” Konfrans Liqasında pley-offa yüksəldi

UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, bu gün 29 oyun keçirilib.

“Sabah”la “Araz-Naxçıvan”ın məğlub olaraq mübarizəni dayandırdığı gündə Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da avrokuboklarla vidalaşıb. Albaniya klubu evdə “Olimpiya”ya məğlub olub. Əliyev 23-cü dəqiqədə sarı vərəqə aldığı bu qarşılaşmanın 83-cü dəqiqəsində əvəzlənib. Digər azərbaycanlı futbolçu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” isə pley-offa vəsiqə qazanıb. Bolqarıstan təmsilçisi səfərdə 1:0 hesabıyla yendiyi “Kauno Jalgiris”i evdə də üstələyib – 2:0. Cəlal 90 dəqiqə meydanda olub.

“Beşiktaş” da səfərdə məğlub etdiyi “Sent Patriks”i doğma meydanda da yenərək pley-offa yüksəlib.

Seçilən
4
publika.az

1Mənbələr