AZ

Alyaska sammitindən əvvəl Maqadana getdi

Rusiya Prezidenti Vladimir Putin Maqadan şəhərinə səfər edib.

“Qafqazinfo” TASS xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Regional səfər. Şəhər vacibdir. Putin hətta baş nazir olanda da dəfələrlə orada olub”, - Kremlin sözçüsü bildirib.

Peskov qeyd edib ki, səfər proqramına bir sıra obyektlərə baş çəkmək və keçmiş qubernator Sergey Nosovla görüş daxildir. Bundan sonra dövlət başçısı Rusiya-ABŞ sammitinin keçiriləcəyi Alyaskaya uçacaq.

Seçilən
23
qafqazinfo.az

1Mənbələr