Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiev Rusiya-ABŞ sammitində iştirak etmək üçün Ankoric şəhərinə (Alyaska) gəliblər.
“Report”un məlumatına görə, bu barədə TASS-a məlumatlı mənbə bildirib.
Ankoricdə Rusiya və ABŞ prezidenti Vladimir Putin və Donald Tramp arasında təkbətək danışıqlar nəzərdə tutulub.
Görüş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Elmendorf-Riçardson müştərək bazası ərazisində baş tutacaq.