AZ

Onlayn kazinoların təşkilatçısı Dubayda saxlanılaraq Çinə ekstradisiya edilib

Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanları saxta onlayn qumar platformaları təşkil etməkdə ittiham olunan cinayətkarı Dubayda saxlayıb və Çin hakimiyyətinə təhvil verib.

“Report”un xəbərinə görə, bu barədə ərəb dövlətinin Daxili İşlər Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Adı açıqlanmayan şəxs İnterpolun “qırmızı bildirişi” əsasında axtarışda olub.

Qeyd olunub ki, Çin hakimiyyəti onu milyonlarla dollar dəyərində saxta qumar saytlarını idarə edən cinayətkar qruplaşmaya rəhbərlik etməkdə ittiham edib. Eyni zamanda Pekin BƏƏ-yə əməkdaşlığa görə minnətdarlığını bildirib.

Seçilən
7
50
report.az

10Mənbələr