AZ

Vuçiç: Etirazçılar hakim partiyanın tərəfdarlarını yandırmaq istəyiblər

BAKI, 15 avqust. TELEQRAF

Etirazçılar Novi-Sad şəhərində hakim Serbiya Tərəqqi Partiyasının (STP) tərəfdarlarını diri-diri yandırmaq istəyiblər.

Teleqraf xəbər verir ki, bu bəyanatla Serbiya Prezidenti Aleksandar Vuçiç “Informer TV” kanalının efirində çıxış edib.

Prezidentin sözlərinə görə, aksiya iştirakçıları STP-nin yerli ofisinin binasını yandırmaq istəyiblər.

Həmin vaxt ofisdə insanların olduğu bildirilir.

“Etirazçılar dünən gecə insanları diri-diri yandırmaq istəyiblər. Təsəvvür edirsiniz, oradakı insanlarla nə edərdilər? 300 nəfər diri-diri yanardı!”, - Serbiya lideri bildirib.

Seçilən
28
teleqraf.com

1Mənbələr