AZ

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Zelenski olmadan görüşün keçirilməsi o anlama gəlir ki, məsələnin həlli üçün hələ çox böyük məsafə qət edilməlidir

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçiriləcək görüşün proqramı razılaşdırılıb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüş üçün "Elmendorf-Richardson" hərbi bazasının binalarından biri istifadə olunacaq. O bildirib ki, dövlət başçıları əvvəlcə təkbətək danışacaq, daha sonra isə iki ölkənin nümayəndə heyətləri ilə işçi səhər yeməyi formatında görüş davam edəcək. 

Danışıqların əsas mövzusu Ukrayna münaqişəsinin həlli olacaq. Bundan əlavə, liderlər beynəlxalq və regional aktual məsələlər ətrafında fikir mübadiləsi aparacaq, həmçinin ikitərəfli əməkdaşlıq, ticarət və iqtisadi əlaqələr məsələlərinə toxunacaqlar. Putinlə Tramp arasındakı danışıqlar “5+5” formatında keçiriləcək. Rusiya tərəfdən danışıqlar qrupuna Yuri Uşakov, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov və prezidentin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev daxil olacaq. Görüş başa çatdıqdan sonra Rusiya nümayəndə heyətinin geri qayıtması planlaşdırılır.

Politoloq İlyas Hüseynov "Sherg.az"a deyib ki, Tramp və Putinin görüşü dünyanın diqqət mərkəzindədir. Ekspertin fikrincə, görüşün keçiriləcəyi məkan kimi hərbi bazanın seçilməsi təsadüfi deyil: 

"Bu məqam masada müzakirə ediləcək hərbi məsələlərə işarə kimi dəyərləndirilir. Xarici qüvvələrin kəşfiyyatından yayınmaq məqsədilə də hərbi baza seçilə bilər. Danışıqlar kontekstində ərazi mübadiləsi və müəyyən güzəştlər haqqında məsələlər müzakirə ediləcək. Lakin Trampın bu istiqamətdə mövqeyi çox sərtdir. ABŞ prezidenti çalışır ki, Zelenski və Putin arasında görüş təşkil etsin. Zelenski olmadan görüşün keçirilməsi o anlama gəlir ki, məsələnin həlli üçün hələ çox böyük məsafə qət edilməlidir. Ehtimal ki, masada əsasən ABŞ və Rusiya arasındakı münasibətlər müzakirə mövzusu olacaq. Ağ Ev rəhbəri dünyada sülh və təhlükəsizliyə nail olmağa çalışır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
sherg.az

2Mənbələr