AZ

Serbiyada iğtişaşlar səbəbindən 42 polis əməkdaşı xəsarət aldı

BAKI, 15 avqust. TELEQRAF

Serbiyada davam edən kütləvi iğtişaşlar zamanı 42 polis əməkdaşı xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə respublikanın daxili işlər naziri İvitsa Daçiçin bəyanatında deyilir.

"26-sı Belqradda olmaqla, 42 polis əməkdaşı xəsarət alıb. Qeyd edim ki, bu, ilkin məlumatlardır. Xəsarət alanların sayı arta bilər. Bir neçə nəfərin xəsarəti ağırdır. Əməliyyat tədbirləri davam etdirilir. Hazırda 37 nəfər saxlanılıb", - Daçiç mətbuat konfransında bildirib.

İğtişaşlarda iştirak edən 37 nəfər saxlanılıb. Toqquşmaların davam etdiyi bildirilir.

Seçilən
11
teleqraf.com

1Mənbələr