İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada sülh üçün beş əsas prinsipi açıqlayıb.Bu barədə TASS xəbər verir.
Onun sözlərinə görə, bu beş prinsip İsrailin təhlükəsizliyini təmin edəcək.
"HƏMAS-ın tam tərksilahı, bütün girovların qaytarılması, Qəzza zolağının tam silahsızlaşdırılması, İsrailin bölgədəki təhlükəsizliyə nəzarəti, Qəzza zolağında alternativ mülki administrasiyanın yaradılması - İsrail bunların həyata keçirilməsi üzərində işləyir və hamının bunu anlamasının vaxtı çatıb", - deyə Netanyahu bildirib.
O, həmçinin qeyd edib ki, bir həftə əvvəl hökumət müharibəyə son qoymaq üçün beş əsas prinsipi təsdiqləyib.