BAKI, 14 avqust. TELEQRAF
İsrail yenidən İrana hücum etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu İsrail Baş Qərargah rəisi Eyal Zamir Təl-Əvivdəki Qlilot Hava Bazasında keçirilən mərasimdə çıxışı zamanı bildirib.
İsrail ordusunun İrana, "Hizbullah"aı və husilərə dəqiq zərbələrindən danışan Qərargah rəisi "lazım gələrsə, yenidən İrana hücuma hazırıq" - deyə, bildirib.
Zamir iyun ayında 12 gün davam edən İsrail-İran münaqişəsini “ekzistensial təhlükənin reallaşmasının qarsının alınmasına yönəlmiş qabaqlayıcı müharibə” kimi qiymətləndirib.
Qeyd edək ki, İranın Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani Beyruta səfəri zamanı İsraili "yırtıcı heyvan"a bənzəmişdi.