AZ

Nazir: Husilər Yəmən büdcəsindən 103 milyard dollar oğurlayıblar

ain.az bildirir, Oxu.az portalına istinadən.

"Husilər 2014-cü il çevrilişindən sonra İran layihəsini həyata keçirmək üçün dövlət resurslarından təxminən 103 milyard dollar oğurlayıblar".

Oxu.Az "Azad İran" Telegram" kanalına istinadən xəbər verir ki bunu Yəmənin informasiya naziri Müəmmər əl-Əryani bildirib.

Onun sözlərinə görə, bu vəsait dövlət xidmətlərini yaxşılaşdırmaq və ya maaşları ödəmək yerinə müharibəni və Tehranın "ekspansionist layihəsini" maliyyələşdirmək üçün istifadə olunub.

Nazir qeyd edib ki, husilər hərbi əməliyyatları davam etdirməyə imkan verən və regional təhlükəsizliyə qarşı "paralel iqtisadiyyat" yaradıblar.

O, həmçinin husiləri İranın dəstəyi ilə Yəməndə sabitliyi pozmaq və strateji su yollarına nəzarət etmək məqsədi daşıyan "mütəşəkkil talan"da ittiham edib.

Nazir əlavə edib ki, husilərin hərəkətləri yoxsulluğun, ərzaq və dərman qiymətlərinin artmasına və dövlət xidmətlərinin iflasına səbəb olub, Yəməndə humanitar böhranı daha da pisləşdirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
oxu.az

1Mənbələr