AZ

Premyer Liqada 1 dəqiqəlik sükut - Meydana qara sarğı ilə çıxacaqlar -

İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün ilk turunun oyunlarından öncə “Liverpul”un mərhum futbolçusu Dioqu Jota və onun qardaşı Andrenin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Sportinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Eyni zamanda futbolçular meydana qollarında qara sarğı ilə çıxacaqlar. Bundan başqa, stadionlardakı böyük ekranlarda vida mesajları və şəkillər nümayiş etdiriləcək.

Premyer Liqanın ilk turunun oyunları avqustun 15-18-də baş tutacaq.

28 yaşlı D.Jota iyulun 3-də avtomobil qəzasında həlak olub.

Seçilən
13
sportinfo.az

1Mənbələr