AZ

Avroliqa: Arda Turanlı “Şaxtyor”u pley-offa buraxmadılar

Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 12 qarşılaşma baş tutub.

Türkiyəli mütəxəssis Arda Turanın rəhbərlik etdiyi Donetsk “Şaxtyor”u Yunanıstan nəhəngi “Panatinaikos”la qarşılaşıb. İlk oyunda olduğu kimi, cavab görüşündə də qapılara qol vurulmayıb. Ukrayna və Yunanıstan klubları qalibi penaltilər seriyasında müəyyənləşdiriblər. Daha dəqiq olan “Panatinaikos” pley-offa vəsiqə qazanıb. “Şaxtyor” isə mübarizəni Avropa Konfrans Liqasının pley-offunda davam etdirəcək.

Qeyd edək ki, Avroliqanın pley-off mərhələsinə gələn həftə start veriləcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları

12 avqust

Şelburn (İrlandiya) – Riyeka (Xorvatiya) 1:3 (ilk oyun 2:1)

14 avqust

KuPS (Finlandiya) – RFS (Latviya) 1:0 (2:1)
Midtyulland (Danimarka) – Fredrikstad (Norveç) 2:0 (3:1)
Brann (Norveç) – Hakken (İsveç) 0:1 (2:0)
Noa (Ermənistan) – Linkoln (Cəbəllüttariq) 0:0, penaltilər 5:6 (1:1)
Volfsberger (Avstriya) – PAOK (Yunanıstan) 0:1 (0:0)
Breydablik (İslandiya) – Zrinski (Bosniya və Herseqovina) 1:2 (1:1)
Drita (Kosovo) – Styaua (Rumıniya) 1:3 (2:3)
Makkabi (Təl-Əviv, İsrail) – Hamrun (Malta) 3:1 (2:1)
Utrext (Niderland) – Servett (İsveçrə) 2:1 (3:1)
Braqa (Portuqaliya) – ÇFR (Kluj, Polşa) 2:0 (2:1)
Legiya (Polşa) – AEK (Larnaka, Kipr) 2:1 (1:4)
Şaxtyor (Donetsk, Ukrayna) – Panatinaikos (Yunanıstan) 0:0, penaltilər 3:4 (0:0)

Seçilən
11
1
arena.az

2Mənbələr