AZ

Sakinlər qəbiristanlıqdan ŞİKAYƏTÇİDİRLƏR: Evlərin qapısı düz məzarlığa açılır

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zeytun bağları adlanan ərazidə yaşayış sahəsi qəbiristanlığın əhatəsində yerləşir.

Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, məzarlığın dörd bir tərəfi açıqdır, yaşayış evləri ilə əhatələnib, hasarı və qapısı yoxdur.

Sakinlərdən bəziləri axşamlar bu ərazidən keçərkən ehtiyatlandığını, kimisi hasar olmadığından ərazinin kənar şəxslər tərəfindən korlandığını, kimisi isə sahibsiz heyvanların məskəninə çevrildiyini bildirib.

Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəsinin müavini Ramin Ağazadə bildirib ki, qəbiristanlıq 1975-80-ci illərdə əhali tərəfindən salınıb, ötən illər ərzində hər hansı bir qurumun balansına verilməyib.

Qeyd olunub ki, ərazinin hasarlanması məsələsinə məzarlığın aidiyyəti qurumun balansına verilməsindən sonra baxıla bilər.

Ətraflı süjetdə:

Sakinlər qəbiristanlıqdan ŞİKAYƏTÇİDİRLƏR: "Evlərin qapısı düz məzarlığa açılır"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
oxu.az

2Mənbələr