AZ

“Levski”nin baş məşqçisi: Futbolçularım verilən tapşırıqları fədakarlıqla yerinə yetirdilər

Bakı, 14 avqust, AZƏRTAC

“Qələbəyə görə xoşbəxtəm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstanın “Levski” komandasının baş məşqçisi Xulio Velaskes UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Sabah”ı 2:0 hesabı ilə məğlub etdikləri cavab görüşündən sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O, komandasının verilən tapşırıqları uğurla yerinə yetirdiyini bildirib: “Mərhələ adlamaq gözəl hissdir. Rəqib də güclü idi. Onların fərdi keyfiyyətləri, yaxşı olan futbolçuları var. Lakin sonda nəticə bizim xeyrimizə başa çatdı. İlk oyunla müqayisədə bir oyunçu dəyişikliyi olmuşdu. Rahat idik, çünki futbolçularım verilən tapşırıqları fədakarlıqla yerinə yetirdi”.

İspaniyalı mütəxəssis “Sabah”ın yaxşı komanda olduğunu söyləyib: “Onların yaxşı baş məşqçisi var. Transfer bazarında öz çəkiləri var. Akim Zedadkanı qeyd etmək istərdim. O, İspaniyada mənim futbolçum olub”.

Qeyd edək ki, Bolqarıstan klubu ilk oyunda “Sabah”ı 1:0 hesabı ilə məğlub etmişdi.

Seçilən
9
azertag.az

1Mənbələr