Millimizin üzvü Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın "Arda" klubu UEFA Konfrans Liqası III təsnifat mərhələsində cavab qarşılaşmasına çıxıb.
Sportal.az xəbər verir ki, klub doğma meydanda "Kauno Jalgiris"ə (Litva) 2:0 hesabı ilə qalib gələrək adını pley-offa yazdıra bilib. Cəlal bu matçda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Arda" pley-off mərhələsində Polşa "Rakuv"u ilə üz-üzə gələcək. İlk oyun avqustun 21-də səfərdə, cavab görüşü avqustun 28-də evdə olacaq.
saytlarin hazirlanmasi