AZ

Elmar Baxşıyev: “Omoniya” layiqli qələbə qazandı”

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 3-cü raundunda “Omoniya”ya qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Kipr təmsilçiləri arasındakı cavab görüşü bu gün Nikosiyada baş tutub.

İlk oyunda 0:4 hesabıyla uduzmuş Naxçıvan klubu cavab görüşündə daha biabırçı hesabla məğlub olub – 0:5. Elmar Baxşıyev matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər avrokubok mövsümü və oyunları iştirakçı komandalar üçün faydalıdır. “Araz-Naxçıvan” bu yarışda yeni komandadır. Əlbəttə, məğlubiyyətlərdən nəticə çıxarsaq, gələcək üçün faydalı olacaq. Hər iki oyunda yenildik. Rəqibi təbrik edirik. Təcrübəli, bizdən güclü kollektivdirlər. Layiqli qələbə qazandılar.

İkinci hissədə müdafiə xəttində müəyyən dəyişikliklər edildi. Ancaq hər iki oyundakı məğlubiyyəti İqor Ribeyronun yoxluğu ilə bağlamazdım. Komanda şəklində daha çox səhvlər etdik. Qarşımızdakı rəqib də daha təcrübəli və iki oyuna görə daha keyfiyyətli idi. İqor artıq bizim oyunçu deyil, onunla bağlı hansısa düşüncəmiz, planımız yoxdur. Təlim-məşq toplanışında da bu sistemdən istifadə edirdik və hər iki sistemə öyrəşmişik. Daha çox komanda şəklində bərk olmalıyıq”.

Seçilən
72
9
arena.az

8Mənbələr