ABŞ lideri Donald Trampın həyat yoldaşı Melaniya Tramp keçmiş prezident Co Baydenin oğlu Hunter Baydenə məktub göndərərək, onun iş adamı Cefri Epşteynlə münasibəti barədə səsləndirdiyi “böhtan xarakterli açıqlamalar”a görə 1 milyard dollarlıq məhkəmə iddiası qaldırmaqla hədələyib.
AFN.az xəbər verir ki, Fox News-un mənbələrinə görə, avqustun əvvəlində Bayden bildirib ki, azyaşlılara qarşı zorakılıqda ittiham olunan amerikalı maliyyəçi Epşteyn hazırkı ABŞ prezidentinin həyat yoldaşı Melaniya ilə tanışlığı təmin edib.
Melaniya Trampın vəkilinin məktubunda deyilir: “Yalan, alçaldıcı, böhtan xarakterli və qıcıqlandırıcı bəyanatlar son dərəcə ədəbsizdir və mediada geniş şəkildə yayılıb. Bayden öz sözlərini dərhal geri çəkməlidir.”
Vəkilin sözlərinə görə, əgər Hunter Bayden avqustun 7-dək tələblərə əməl etməsə, Melaniya Tramp məhkəməyə müraciət edərək 1 milyard dollar təzminat tələb edəcək. Mənbə bildirib ki, Bayden bu müddətə qədər şərtlərə əməl etməyib.