AZ

Rusiyada DƏHŞƏT: Məhkəmə hakimi vəhşicəsinə öldürüldü - FOTO

Rusiyanın Volqoqrad vilayətinin Kamışin şəhərində federal hakim Vasili Vetlugin vəhşicəsinə qətlə yetirilib.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, yerli sakinlər səkidə cinsi orqanı kəsilmiş və gözünə bıçaq sancılmış kişi meyiti tapıblar.

Bundan əvvəl qatil onu “Saiga” silahı ilə vurub, sonra isə vəhşilik edib.
 

İlkin ehtimala görə, qətl qısqanclıq zəminində baş verib. İddiaya görə, həmin şəxs hakimin münasibətdə olduğu qadının əridir. Vetluginin qatili polisə təslim olub və hazırda dindirilir.


O, qısqanclıq zəminində şəhər məhkəməsinin binası yaxınlığında rəqibini pusquya salıb və ona “Saiga” silahı ilə bir neçə dəfə atəş açıb. Daha sonra o, cinsi orqanını bıçaqla kəsib və bıçağı gözünə soxub. Bundan sonra qatil polisin gəlməsini gözləyib və təslim olub.



Bizim.Media

Seçilən
41
bizim.media

1Mənbələr