AZ

Tramp Putinlə görüşün uğurlu olma ehtimalını qiymətləndirdi

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskada keçiriləcək görüşün uğurlu olma ehtimalını 75% səviyyəsində qiymətləndirib.

Oxu.Az xəbər verir ki, o, bu barədə "Fox News" radiosuna müsahibəsində bildirib.

Aparıcı Trampdan Putinlə danışıqlardan sonra məyusluq şanslarını qiymətləndirməsini istəyib. Tramp belə bir ssenarinin baş vermə ehtimalının 25% olduğunu bildirib. Marqarita pizza

"Bu, şahmat oyununa bənzəyir. Bu görüş ikinci görüşə hazırlıq rolunu oynayır. Amma bu görüşün uğurlu alınmaması ehtimalı 25 faizdir", - Tramp bildirib.

Qeyd edək ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov görüşdən sonra hər hansı bir sənədin imzalanmasının nəzərdə tutulmadığını vurğulayıb.


Telegram kanalımız
Seçilən
23
1
yenisabah.az

2Mənbələr