30 avqustda Bakıda klassik avtomobillərin paradı və çövkən yarışı keçiriləcək.
Gundem.az bildirir ki, “At gücü” adlı tədbir Azərbaycan Avtomobil Federasiyası (AAF) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə baş tutacaq.
Parada start Dənizkənarı Milli Parkdan veriləcək, o, paytaxtın mərkəzi küçələrindən keçərək Binə Atçılıq Mərkəzində yekunlaşacaq.
Binə Atçılıq Mərkəzində klassik avtomobillərin sərgisi, konsert, milli atüstü idman növü olan çövkən yarışı və atların şousu təşkil olunacaq.