AZ

"Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Levski"yə (Bolqarıstan) məğlub olan "Sabah" mübarizəni dayandırıb.

“İki sahil” xəbər verir ki, Masazırdakı Əlincə stadionunda baş tutan matç qonaqların 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.

Rəqibin heyətində Radoslav Kirilov (40) və Mazier Soula (85) fərqləniblər.

Qeyd edək ki, səfərdəki ilk oyunda Bolqarıstan klubu 1 cavabsız qolla qalib gəlmişdi.

Seçilən
26
5
ikisahil.az

8Mənbələr