AZ

Naxçıvanda daha bir kafenin fəaliyyəti məhdudlaşdırıldı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri 20-ci məhəllə döngə 2 ünvanında fəaliyyət göstərən Qarayev İlham Ərrəhman oğluna məxsus kafedə ciddi nöqsanlar aşkar edilib.

Agentlikdən Bakıvaxtı.az-a bildirilib ki,kafedə gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilmiş və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Seçilən
37
8
bakivaxti.az

10Mənbələr