AZ

Tramp: Putin və Zelenski münaqişəni həll edəcək

Tramp:

Tramp əmindir ki, Putin və Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı razılığa gələcəklər.

Xalqcebhesi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp həm rusiyalı həmkarı Vladimir Putin və Vladimir Zelenskinin Ukraynadakı münaqişənin həllinə razılaşacaqlarına əmin olduğunu bildirib.

"Əminəm ki, bu, yaxşı bir görüş olacaq, amma daha vacibi ikinci görüş olacaq, hansı ki, biz onu keçirəcəyik. Biz prezident Putin, prezident Zelenski, mən və bəlkə də bəzi Avropa liderlərini dəvət edəcəyik. Bəlkə də etməyəcəyik, hələ dəqiq deyil", - deyə Amerika lider Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Ona baxacağıq. Məncə, prezident Putin sülhü qəbul edəcək. Düşünürəm ki, prezident Zelenski də sülhə razı olacaq", - Trump əlavə edib.

Məryəm Quliyeva

Seçilən
5
9
xalqcebhesi.az

10Mənbələr