AZ

Tanınmış keçmiş futbolçu triatlonla məşğul olur

Karyerası ərzində “Portu”, “Verder” və “Yuventus” kimi klublarda çıxış etmiş və 2022-ci ildə peşəkar futbolçu kimi karyerasını başa vuran sabiq müdafiəçi Dieqo Ribas da Kunya yeni idman növünə yönəlib.

90deqiqe.Az xəbər verir ki, braziliyalı idmançı triatlon yarışlarında iştirak edir.

Triatlon iştirakçılardan ardıcıl olaraq üç mərhələni – üzgüçülük, veloyürüş və qaçış – keçməyi tələb edən çoxnövli idman yarışıdır.

Dieqo Ribas üçün bu məsafələr belə olub: 1 km üzgüçülük, 90 km veloyürüş və 21 km qaçış. Braziliyalı idmançı bütün mərhələləri 4 saat 47 dəqiqəyə tamamlayıb.

Seçilən
61
90deqiqe.az

1Mənbələr