Bu gün Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən “Araz-Naxçıvan” da cavab matçına çıxacaq.
Elmar Baxşıyevin komandası Kiprdə “Omoniya”nın qonağı olacaq. Oyun saat 21:00-da başlayacaq.
Bakıda keçirilən ilk görüşdə rəqibinə 4 cavabsız qolla uduzan “Araz-Naxçıvan”ı səfərdə də çətin oyun gözləyir.
Bu cütün qalibi pley-off mərhələsində PAOK (Yunanıstan) – “Volfsberger” (Avstriya) cütünün məğlubu ilə görüşəcək.
21:00. "Omoniya" (Kipr) – "Araz-Naxçıvan" 0:0
İlk oyun – 4:0
Baş hakim: Yakob Kehlet (Danimarka)
Nikosiya. GSP stadionu