AZ

Baş məşqçi 1 ay əvvəl müqaviləsini yeniləyən yerli oyunçunu istəmədi

«Kəpəz» bu yay müqaviləsini yenilədiyi azsaylı oyunçulardan biriylə yollarını ayırmaq ərəfəsindədir.

Baş məşqçi Adil Şükürov ötən ay kontraktının müddətini 1 il uzadan Ehtiram Şahverdiyevin performansından narazıdır.

İyunda komandanın sükanı arxasına qayıtmış çalışdırıcı adını çəkdiyimiz müdafiəçinin düşərgədən göndərilməsi fikri ilə rəhbərliyin qapısını döyüb.

O, Şahverdiyevin hazırlıq prosesinin gedişində özünü pis tərəfdən göstərməsinə dair raport hazırlayıb.

Şükürov bildirib ki, Ehtiramın mövqeyinə legioner cəlb etməyi planlaşdırır, bu səbəbdən onunla sözləşməyə xitam vermək lazımdır.

SPORTİNFO.AZ

Seçilən
11
sportinfo.az

1Mənbələr