“Neftçi”dən ayrılan daha bir futbolçu özünə iş yeri tapıb.
Rafael Quzzo karyerasını vətənində davam etdirəcək.
İyunda “ağ-qaralar”ı tərk edəndən sonra işsiz qalıan almaniyalı yarımmüdafiəçi Portuqaliya Sequndasında mübarizə aparan “Maritimu” ilə anlaşıb.
Tərəflər arasında 1 illik anlaşma nəzərdə tutulub.
Ötən yay “Neftçi”nin gerçəkləşdirdiyi uğursuz transferlərdən sayılan Quzzo ağ-qara formada meydana çıxdığı 15 oyunda heç nə ilə yadda qalmayıb.
HƏBİB / SPORTİNFO.AZ