Sabirabadda ticarət obyektində yanğın olub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yerləşən obyektdə qeydə alınıb.
Yanğın FHN-in Sabirabad yanğından mühafizə xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.