AZ

Bu, təkcə bölgə üçün deyil, Ermənistanın öz gələcəyi üçün də taleyüklü qərardır — Politoloq

“Ermənistanın dövlət kimi mövcudluğu, regional sabitlik və təhlükəsizlik mühitində inteqrasiya imkanları ilə birbaşa bağlıdır. Hazırkı geosiyasi şəraitdə, xüsusilə Rusiya və İran arasında yaşanan ziddiyyətlər fonunda Ermənistanın yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsinin imzalanması və regionda əməkdaşlıq mühitinin yaradılmasıdır. Bu, həm Ermənistanın təhlükəsizliyinin təminatı, həm də onun gələcək inkişafı üçün əsas zəmin sayılır”.

Bu sözləri Demokrat.az-a açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib. 

O bildirib ki, Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulması Ermənistan üçün həyati əhəmiyyət daşıyır:

“Əks halda, Ermənistan regiondakı təcrid vəziyyətindən çıxa bilməyəcək və xarici güclərin toqquşma nöqtəsinə çevrilmə təhlükəsi ilə üz-üzə qalacaq. Bu isə onun dövlət kimi mövcudluğunu sual altına ala bilər. Bu baxımdan, Ermənistanla Azərbaycan arasında Vaşinqtonda əldə olunmuş razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Bu razılaşmalar təkcə sülhü deyil, həm də kommunikasiyaların açılmasını xüsusilə Zəngəzur dəhlizinin reallaşmasını nəzərdə tutur. Bu dəhliz təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyət daşıyır və bir çox böyük dövlətlərin, o cümlədən ABŞ-ın maraq dairəsindədir”. 

Politoloq  diqqətə çatdırıb ki, ABŞ Prezidenti Donald Tramp bu dəhlizin reallaşmasına xüsusi önəm verir və hətta bu layihə onun adı ilə assosiasiya olunur:

“Zəngəzur dəhlizi və digər kommunikasiya xətlərinin açılması Ermənistanın iqtisadi inkişafı üçün geniş imkanlar yaradacaq. İllər boyu Azərbaycanın torpaqlarını işğalda saxladığı üçün Ermənistan regiondakı əsas iqtisadi layihələrdən təcrid olunmuşdu. İndi isə, sülh müqaviləsinin imzalanması və əlaqələrin bərpası Ermənistanın bu izolyasiyadan çıxmasına real şərait yaradır. Ermənistan rəhbərliyi bu tarixi imkanı dəyərləndirməli, konstruktiv mövqe sərgiləməli və əldə olunmuş razılaşmalara sadiq qalmalıdır. Bu, təkcə bölgə üçün deyil, Ermənistanın öz gələcəyi üçün də taleyüklü qərardır”.

Leyla Turan
Demokrat.az
Seçilən
4
1
demokrat.az

2Mənbələr