AZ

Kostanyan: Ermənistan “Tramp marşrutu” layihəsi üçün ABŞ-nin iştirakı ilə şirkət qeydiyyatdan keçirməyi planlaşdırır

“Tramp marşrutu” layihəsinin bəzi detalları (Zəngəzur dəhlizi, TRIPP) artıq razılaşdırılıb və onun həyata keçirilməsi üçün Ermənistanda ermənilərin və amerikalıların iştirakı ilə şirkət yaradılacaq.

“Report” xəbər verir ki, bu barədə İranın IRNA agentliyinə müsahibəsində Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

“Layihənin bəzi detalları artıq razılaşdırılıb və mən onları İran tərəfinin diqqətinə çatdırmışam. Layihə çərçivəsində səhmləri Ermənistan və ABŞ arasında bölüşdürüləcək şirkətin qeydiyyata alınması planlaşdırılır. Eyni zamanda, bu, ABŞ-nin regional təhlükəsizlik məsələlərində iştirakını nəzərdə tutmur - İranın bu narahatlığı aradan qaldırılıb”, - o bildirilib.

Kostanyan qeyd edib ki, avqustun 13-14-də İranda keçirdiyi danışıqlarda Tehranın ABŞ-nin rolu ilə bağlı narahatlığı müzakirə olunub.

“Bura Ermənistan İranın mövqeyini nəzərə aldığı mesajı ilə gəlmişdim və bu həssas məqamlar “Tramp marşrutu” nəqliyyat əlaqəsi layihəsi üzrə ilkin danışıqlar zamanı nəzərə alınıb”, - nazir müavini əlavə edib.

Seçilən
9
2
report.az

10Mənbələr