AZ

Biləsuvarın iki kəndinə qazın verilişi bərpa olunub

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Biləsuvar rayonunun iki kəndinə qazın verilişi bərpa olunub.

BAKU.WS xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, rayonun Ağalıkənd və Yuxarı Cürəli kəndlərinə qaz verilişi artıq bərpa edilib.

Qeyd edək ki, Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində Biləsuvar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən aparılan qazıntı işləri zamanı Ovçubərə qaz paylayıcı stansiyasından qidalanan Ağalıkənd və Yuxarı Cürəli kəndləri istiqamətindəki qaz xətti zədələnmişdi.

Nəticədə Ağalıkənd və Yuxarı Cürəli kəndlərinin təbii qaz təchizatı dayandırılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
4
baku.ws

9Mənbələr