Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən “Azərbaycan Şahmat Turu” çərçivəsində “Ganja Open 2025” Beynəlxalq Şahmat Festivalı təşkil olunacaq.
"Football-plus.az" xəbər verir ki, festival ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində baş tutacaq.
Ümumi mükafat fondu 41.200 AZN (24.235 USD) olan şahmat festivalı A və B qruplarında keçiriləcək. Festival çərçivəsində rapid və blits üzrə turnirin keçirilməsi də nəzərdə tutulur.
A qrupunda 2000 və daha yüksək reytinqli şahmatçılar, B qrupunda isə 1999-dək olan şahmatçılar iştirak edə bilər. Rapid və blits də isə reytinq məhdudiyyəti tətbiq edilmir.
Qeyd edək ki, Gəncə Open “Azərbaycan Şahmat Turu” layihəsində sayca 7-ci açıq tipli yarışdır. Festival "Baku Open"dən sonra ən böyük mükafat fonduna sahib olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta