AZ

"Karvan" yeni transferini rəsmən açıqladı

style='margin-bottom:10px;'>

"Karvan" növbəti transferini həyata keçirib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Fransalı müdafiəçi İmani Barker ilə 1 illik müqavilə imzalanıb. Barker mövsümün sonunadək icarə əsasında Yevlax təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, "Karvan" daha öncə Eltun Turabov ("Turan Tovuz"), Süleyman Əhmədov (son klubu "Səbail"), Araz Abdullayev ("Qaradağ-Lökbatan"), David Oliveira Silva (son klubu “Zabbar”, Malta) ,Kyle Spence (Son klubu “Coleraine”, Şimali İrlandiya), Gavi Thompson (son klubu  “Sportinq Lagos”, Nigeriya), Olavale Doen ("Plato Yunayted", Nigeriya), Elvin Yunuszadə ("Qəbələ"), Vadim Abdullayev (son klubu "Araz-Naxçıvan"), Samuel Durrant (son klubu “Connahs Quay”, Uels), Vüsal Məsimov ("Şamaxı"), Moise Ngwisani (son klubu “Wiltz71”, Lüksemburq), Shaquill Sno (son klubu “Gzira”, Malta), Uğur Cahangirov (son klubu "Sumqayıt"), Vitor Rocha (son klubu “Sanjoanense”, Portuqaliya), Səid İranxan ("Paykan", İran), Joy Slayd Mikels (Son klubu “SF Uevekoven”, Almaniya),  Pedro Mateusu (son klubu “Feirense”, Portuqaliya) transfer edib.

Seçilən
65
2
teleqraf.com

10Mənbələr