AZ

Çin internet peyklərinin növbəti partiyasını orbitə göndərdi

BAKI, 14 avqust. TELEQRAF

Çin aşağı orbitli internet peyklərinin növbəti partiyasını uğurla orbitə göndərib.

Teleqraf xəbvər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

"Uzun Yürüş-5B" raketi avqustun 13-də Haynan əyalətində yerləşən Vençanq peyk buraxılış mərkəzindən start götürüb. Buraxılış zamanı raketin "Yuanzheng-2" yuxarı pilləsi vasitəsilə "Guowang" peyklərinin səkkizinci partiyası kosmosa çıxarılıb.

Rəsmi Pekin bu buraxılışla bağlı əlavə təfərrüat açıqlamayıb.

Xatırladaq ki, Çin bu ilin aprel ayında "Guowang" layihəsi çərçivəsində internet təminatına yönəlmiş peyklərin üçüncü partiyasını da orbitə yerləşdirmişdi. Layihənin məqsədi ABŞ-nin "Starlink" sisteminə rəqabət yaratmaqdır.

"China Satellite Network Group"un planlarına əsasən, "Guowang" peyk qrupuna ümumilikdə təxminən, 13 min kosmik aparat daxil olacaq.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr