Qazaxda meşəlik ərazidə yanğın başlayıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Xanlıqlar kəndi ərazisində böyük sahəni əhatə edən ərazidə yanğın qeydə alınıb.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Əraziyə iki helikopter cəlb olunub.