AZ

“Levski” aşkar favorit deyil! – bukmekerlər “Sabah”a inanır

Bukmeker kontorlarının bu gün Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin “Sabah” – “Levski” (Bolqarıstan) matçıyla bağlı əmsalları müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, bukmekerlər “Sabah”ın qələbə şansının az olmadığını düşünür. Onlar “Levski”nin favorit olduğunu düşünsələr də, söhbət yalnız cüzi səviyyə fərqindən gedir.

Sizi əmsallarla tanış edirik.
“Sabah”ın qələbəsi: 2,40 – 2, 60
heç-heçə: 3,20 – 3,25
“Levski”nin qələbəsi: 2,70 – 2,90

Xatırladaq ki, “Sabah” “Levski”nin meydanında keçirilən ilk oyunda uduzub – 0:1.

KƏNAN BAHADIR

Seçilən
1
1
football-plus.az

2Mənbələr