AZ

Türkiyədə azərbaycanlı qadın uşaqlarının gözü önündə döyüldü

Türkiyədə yaşayan azərbaycanlı qadın evinə gələn qonşusu tərəfindən uşaqlarının gözü önündə hücuma məruz qalıb.

XəzərNews.azxəbər verir ki, Oxu.Az bu barədə "Mardin Haber"ə istinadla xəbər verir.

Bildirilir ki, azərbaycanlının qapısını döyən qonşu səs-küydən şikayətlənib. Mübahisə qısa zamanda böyüyərək davaya çevrilib.

Həmin anlar evdə quraşdırılmış təhlükəsizlik kamerasına əks olunub.

Kadrlarda azərbaycanlı qadının uşağının bu hücumdan qorxaraq ağladığı və anasının onu sakitləşdirmək istədiyi görünür. Bu zaman qonşu uşağının gözü qarşısında onun saçlarını yolub. Davaya müdaxilə etmək üçün araya girən başqa bir kişinin cəhdi isə gərginliyi azaltmaq əvəzinə daha da artırıb.

Şiddətə məruz qalan azərbaycanlı qonşusundan polisə şikayət edib və hadisə səbəbindən uşaqlarının böyük qorxu yaşadığını bildirib.

Hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırmaya başlayıb.



Xəbər 2 dəfə oxunub.
Seçilən
16
11
xezernews.az

10Mənbələr