Böyük Britaniyanın baş naziri Kir Starmer və Ukrayna lideri Vladimir Zelenski arasında Alyaskada Tramp-Putin sammiti öncəsi görüş barədə məlumat vermişdik.
Publika.az “BBC”yə istinadla xəbər verir ki, ikili bu gün keçirilən görüşdən sonra birgə mövqelərini açıqlayıblar.
"Putin sülhə ciddi yanaşdığını sübut etmək üçün hərəkətə keçdiyi müddətcə Alyaska sammitində tərəqqi şansı var”, - deyə Starmer söyləyib.
Bəyanata görə, Starmer və Zelenski qarşıdakı günlərdə sıx əlaqədə qalacaqlar.