AZ

Tramp Putin görüşünün 3 mümkün nəticəsi...

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Vladimir Putin və Donald Trampın Alyaskadakı görüşü üç mümkün nəticəyə gətirib çıxara bilər.

Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri yazıb.

Nəşr hesab edir ki, ilk mümkün variant Tramp Putinlə görüşdən sonra şərtsiz atəşkəs əldə edəcək. Bu, Rusiya və Ukraynanın barışmaz mövqelərinə baxmayaraq, sülh danışıqlarına yol aça bilər.

“İkinci variant isə odur ki, Putin yerindən tərpənməyəcək və belə olan halda Tramp Rusiyanın neft ixracını məhdudlaşdırmaq üçün əlavə tədbirlərə əl ata bilər.

Üçüncü varianta görə isə Putin Trampın atəşkəslə bağlı əvvəlki tələbləri ilə prinsipcə razılaşacaq, lakin aydınlaşdırmalar və ilkin şərtlərdə israr edəcək”, - nəşr qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
2
axar.az

3Mənbələr