AZ

Ərdoğan Özgür Özəl barəsində 1 milyonluq iddia qaldırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özələ qarşı mənəvi təzminat tələbi ilə 1 milyon türk lirəsi məbləğində məhkəmə iddiası qaldırıb.

Publika.az xəbər verir ki, bu barədə Ərdoğanın vəkili Hüseyn Aydın sosial media hesabında bildirib.

“Özgür Özələ qarşı avqustun 13-də Bayrampaşada keçirilən mitinqdə çıxışı zamanı və eyni gün mətbuata açıqlamasında prezidentimizi hədəf alan yersiz ifadələrə və əsassız ittihamlara görə Ankara Mülki İnstansiya Məhkəməsində 1 milyon türk lirəsi məbləğində mənəvi təzminat iddiası qaldırılıb. Həmçinin Ankara Respublika Baş Prokurorluğuna “prezidenti təhqir etmək” maddəsi ilə şikayət edilib”, - deyə vəkil yazıb.

Seçilən
12
publika.az

1Mənbələr