Türkiyə təmsilçisi "Fənərbağça" müqavilə əsasında Avstriyanın “Zaltsburq” klubuna məxsus olan Nene Dorqelesi transfer etmək istəyir.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul kollektivi 22 yaşlı vingeri sıralarına cəlb etməklə hücum xəttini gücləndirməyi planlaşdırır.
N.Dorqeles 2022-ci ildən Mali yığmasına cəlb olunur və 24 oyuna 7 qol vurub.
Onun "Zaltsburq"la müqaviləsinin müddəti 2028-ci ildə başa çatacaq.