“Əgər vətəndaş əgər kommunal xidmətlərlə bağlı ödənişləri vaxtında ödəyirsə, onu həmin kommunikasiyalardan məhrum etmək qadağandır. Bu ancaq o halda baş verə bilər ki, vətəndaş kommunal ödənişləri etməsin. Ödəmədiyi halda, aidiyyəti qurumlar həmin sakinin xətti bağlana bilər. Ora kənar şəxslərin, o cümlədən komendantın müdaxilə etməsi həm qeyri-qanuni, həm də kiçik cinayətdir”.
Bu sözləri “Yeni Sabah”a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O qeyd edib ki, komendantın, yaxud hansısa idarəetmə şirkətinin vətəndaşdan kommunal ödəniş alması üçün həmin şirkət və ya komendantla hər bir mənzil sahibi arasında xidməti müqavilə imzalanmalıdır: Sezar pizza
“Xidməti müqavilədə, onun evinin ümumi sahəsinə uyğun olaraq, bəlli bir məbləğ təyin olunur. Sakin həmin xidməti müqaviləyə imza atdıqdan sonra, ödənişlə bağlı məsuliyyət artıq həmin mənzil sahibinin üzərində olur.
Əksər hallarda əksər binalarda heç bir komendant və yaxud idarəedici şirkətlə bina sakinləri arasında xidməti müqavilə bağlanılmır. Xidməti müqavilə bağlanılmadığına görə vətəndaşın qaz, su, işıq və liftdən istifadəsi dayandırıla bilməz”.
Ekspert vurğulayıb ki, binada yaşayan sakini heç bir halda qazdan, sudan, işıqdan, yaxud digər xidmət sahələrindən qeyri-qanuni formada məhrum etmək olmaz:
“Vətəndaş kommunal xidmətlərlə bağlı ödəniş etmədiyi halda aidiyyəti qurumlar həmin sakinin xəttini bağlana bilər. Ora kənar şəxslərin, komendantın müdaxilə etməsi həm qeyri-qanuni, həm də cinayətdir.
Başqa tərəfdən, bəzi bloklarda bir neçə sakinin kommunal ödənişi ödəməməsi ucbatından liftdən istifadəyə məhdudiyyət qoyurlar. Bu da qəti qadağandır. Vətəndaşın əgər borcu varsa və xidməti müqavilə əsasındadırsa, borc məhkəmə qaydasında onun maaşına, yaxud pensiyasına yönələ bilər. Amma onu heç bir halda qazdan, sudan, işıqdan, yaxud digər xidmət sahələrindən məhrum etmək olmaz”.
Qeyd edək ki, Ali Məhkəmənin Mülki kollegiyası çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin tətbiq edilməsi qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Qərara əsasən, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətində olmaqla, bu hüquq mütləq deyil, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər.
Nazim Hacıyev
Telegram kanalımız