AZ

Lautaro Canetti “Udineze”ni “Antalyaspor”a dəyişdi

İtaliyanın “Udineze” klubunun mərkəz müdafiəçisi Lautaro Canetti bundan sonra “Antalyaspor”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Türkiyə klubunun rəsmi saytına istinadən xəbər verir.

Transferin detalları açıqlanmır. Amma 31 yaşlı futbolçunun yeni klubu ilə 2+1 illik müqavilə imzaladığı bəllidir.

Lautaro Canetti Argentinanın “Veles Sarsfild” klubunun yetirməsidir. Mərkəz müdafiəçisi 2024-cü ildə azad agent kimi “Udineze”yə qoşulmuşdu. Təcrübəli futbolçu İtaliya klubunun heyətində 23 oyuna çıxıb, 2 qola imza atıb.

Canetti 2013-cü ildə debüt etdiyi Argentina yığmasının heyətində 3 oyun keçirib, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
67
32
arena.az

10Mənbələr