AZ

Dilimizin ucunda olan, amma xatırlaya bilmədiyimiz sözlər: Beyin bu vaxt nə edir?

Hamımız bu vəziyyəti yaşamışıq: Söhbətin ortasındayıq, bir sözü, adı və ya başlığı xatırlamağa çalışırıq amma ağlımıza gəlmir. Bildiyinizi bilirsiniz, hətta az qala hiss edirsiniz, amma həmin söz bir cür də zihninizdə peyda olmur.

HİT.az xəbər verir ki, "dilimin ucunda" kimi tanınan bu hal həm maraqlı, həm də əsəbləndirici bir təcrübədir. Bəs bu anlarda beynimizdə nələr baş verir? Alimlər bu sualın ardınca getdilər və diqqətçəkən nəticələrə çatdılar.

Bir söz ağla gəlmədikdə, beynin müxtəlif bölgələri işə qoşularaq itmiş termini tapmağa çalışır. Bunu kitabxanada itirilmiş kitab axtaran insanların tələsinə bənzədə bilərik. Bu prosesdə xüsusilə üç beyin bölgəsi başlıca rol oynayır:

* Ön singulat korteks
* Prefrontal korteks
* İnsula

Ön singulat korteks eynilə nəzarətçi kimi problem olduğunu başa düşür: "Bu sözü bilirəm, amma xatırlaya bilmirəm!"

Prefrontal korteks isə axtarış zamanı üzə çıxan ipuçlarını qiymətləndirir və düzgün sözü tapıb-tapmadığımızı yoxlayır.

Daha dərinlərdə yerləşən insula isə sözün səs quruluşuna çatmağımıza kömək edir və fonoloji (səsçıxarma) müraciəti təmin edir.

Funksional Maqnit Rezonans Təsviri (fMRE) sayəsində tədqiqatçılar bu bölgələrin birlikdə necə işlədiyini müşahidə edə bilirlər. Sanki çətin bir problemi həll etməyə çalışan komanda yoldaşları kimi, bu bölgələr də itmiş sözü tapmaq üçün əlaqəli şəkildə səy göstərirlər.

Maraqlıdır ki, yaş artdıqca bu hal daha tez-tez baş verir. Tədqiqatlar xüsusilə ön singulat korteks və insula bölgələrinin zamanla həcm itkisinə məruz qala bildiyini göstərir. Bunu əvvəllər nizamlı və asan əldə edilə bilən kitabxananın tədriclə qarışıqlığa sürüklənməsinə bənzədə bilərik. Rəflər dağılır, etiketlər səhv olur və düzgün kitabı tapmaq çətinləşir.

Yaşlı şəxslər üzərində aparılan araşdırmalarda insulanın söz tapma zamanı daha az aktiv olduğu müşahidə edilmişdir. Bu azalmış aktivlik sözlərin səs quruluşlarını bir yerə yığma bacarığını zəiflədir və "dilimin ucunda" hallarını artırır.

Hətta yaşla birlikdə tez-tez baş versə də, "dilimin ucunda" fenomeni tamamilə normaldır. Əslində bu, beynimizin nə qədər mürəkkəb işlədiyini göstərir. Görünüşdə sadə bir sözü xatırlamaq belə çoxlu bölgələrin əlaqəsini tələb edir.

Bununla belə, alimlər söz tapma qabiliyyətini qorumağın yolları olduğunu qeyd edirlər. İdrak ehtiyatı (bilişsel rezerv) yaratmaq bunlardan biridir. Zehni, fiziki və sosial fəaliyyətlərlə dəstəklənən bu ehtiyat, beynin yaşlanma təsirlərinə qarşı daha davamlı olmasını təmin edir.

Bir sözü xatırlaya bilmədiyinizdə beyninizin pərdə arxasında sıx bir iş rejimində olduğunu unutmayın. Bəzən sözün səsi və ya oxşar mənalı başqa sözlər əvvəlcə ağlınıza gələ bilər. Dərhal tapa bilməsəniz, ara verin, başqa şeylərlə məşğul olun və sonra yenidən cəhd edin. Çox vaxt zehininiz gözləmədiyiniz bir anda həmin sözü sizə çatdıracaqdır.

Samir

Seçilən
3
hit.az

1Mənbələr