Türkiyədə azərbaycanlı qadın döyüldü
Ajans.az Oxu.az-a istiandən xəbər verir ki, azərbaycanlının qapısını döyən qonşu səs-küydən şikayətlənib. Mübahisə qısa zamanda böyüyərək davaya çevrilib. Həmin anlar evdə quraşdırılmış təhlükəsizlik kamerasına əks olunub. Kadrlarda azərbaycanlı qadının uşağının bu hücumdan qorxaraq ağladığı və anasının onu sakitləşdirmək istədiyi görünür. Bu zaman qonşu uşağının gözü qarşısında onun saçlarını yolub. Davaya müdaxilə etmək üçün araya girən başqa bir kişinin cəhdi isə gərginliyi azaltmaq əvəzinə daha da artırıb.