
Ədliyyə Nazirliyinə yeni hüquq verilib.Uluusm.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında’’ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 280 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.Fərmana əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Ədliyyə Nazirliyinin də kinoloji xidməti tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə oluna bilər.Bundan əvvəl bu hüquq yalnız Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə aid idi.Qeyd edək ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
Diqqət Çəkənlər
Qışa hazırlıq: Bilənlər bilir…
Yenə Zərzələ
Qəbələ yolunda qayda pozan sürücülər hərəkəti iflic etdi - VİDEO